“Bakı”nın hücumçusu: “Birinci yerdə olmağa layiqik”

“Bakı”nın hücumçusu: “Birinci yerdə olmağa layiqik”
XƏBƏR 19 Sentyabr 2011 / 12:40 1532
-  A +

“Çox çətin oyun oldu. Mübarizə apardıq və qələbə qazandıq. Bizim üçün heç bir oyun asan deyil. Bütün komandalara qarşı oynamaq çox çətindir”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Turan”la oyunda komandasının ikinci qoluna imza atan “Bakı”nın gənc hücumçusu Rəhman Hacıyev klubun rəsmi saytına açıqlamasında deyib.

Qeyd edək ki, “Bakı” Premyer Liqanın son turunda səfərdə “Turan”ı 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. “Zolaqlılar”ın növbəti turdakı rəqibləri isə son çempion “Neftçi” olacaq. Hacıyev həmin qarşılaşmada da qələbə qazanacaqlarına inanır:

“Növbəti turda “Neftçi” ilə qarşılaşacağıq. İnşallah, həmin oyunda da qələbə qazanarıq və mən buna inanıram. Birinci yerdə olmağa layiqik. Bunun üçün çalışırıq”.

Son xəbərlər