İspaniya yığması yenə çempion oldu

İspaniya yığması yenə çempion oldu
XƏBƏR 19 Sentyabr 2011 / 12:21 1408
-  A +

Litvada keçirilən basketbol üzrə kişilər arasında Avropa çempionatının qalibi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, İspaniya yığması finalda Fransaya 98:85 hesabı ilə qalib gələrək, ardıcıl ikinci dəfə qitə çempionu olub.

3-cü yeri Rusiya tutub. Şimal qonşularımız bürünc medal uğrunda qarşılaşmada Makedoniyanı yeniblər – 72:68.

Növbəti Avropa çempionatı 2013-cü ildə Sloveniyada olacaq.


Son xəbərlər