Bu gün futbol üzrə Azərbaycan çempionatının I Divizionunda keçirilən MOİK-“Həkəri” matçı hakim qalmaqalı ilə yadda qalıb. 1:1 başa çatan qarşılaşmadakı hakim idarəçiliyindən kəskin narazı qalan tərəf “Həkəri” komandası olub.
Qubadlı təmsilçisinin baş məşqçisi Cavanşir Əliyevin Qol.Az-a verdiyi məlumata görə, görüşün baş hakimi Alik Yunusov onların halal qələbələrini əllərindən alıb:
“Hesabda 1:0 önə keçdiyimiz andan etibarən Alik Yunusov qərəzli idarəçiliyə başladı. Oyunun 86-cı dəqiqəsində isə məhz onun kobud səhvi nəticəsində rəqib hesabı bərabərləşdirdi. MOİK-in futbolçusu aut atışını yerinə yetirərkən, aşkar şəkildə qaydaları pozdu.
Belə ki, o topu oyuna daxil edərkən hər iki ayağı havada idi. Bir sözlə, topu tullanaraq oyuna daxil etdi. Cərimə meydançasında isə iki futbolçumuzu aşkar şəkildə yerə yıxaraq topu zorla qapıya vurdular. Bir kəlmə ilə hakim bizi yıxdı sürüdü. Hətta oyunu izləyən AFFA nümayəndələri də olanları gözləri ilə gördülər”.
Əliyev baş verən hadisə ilə bağlı AFFA-ya şikayət edəcəklərini bildirib:
“Niyə haqqımızı yeməlidirlər? Axı biz məcburi köçkün rayonunu, Azərbaycanın yaralı yeri olan Qarabağ bölgəsini təmsil edirik. Bu cür komandanı niyə yıxıb sürüyürlər, niyə onun haqqlarını tapdalayırlar? Baş verən bu hadisə ilə bağlı AFFA-ya şikayət etmək qərarına gəlmişik”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video