Böyükağa Hacıyev: “Bu gün bəxt də bizim tərəfimizdə idi”

Böyükağa Hacıyev: “Bu gün bəxt də bizim tərəfimizdə idi”
XƏBƏR 18 Sentyabr 2011 / 21:19 1741
-  A +

“İki məğlubiyyətdən sonra bu qələbə bizim üçün vacib idi. Oyuna çox ciddi hazırlaşmışdıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ” üzərində 2:0 hesablı qələbədən sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib. Komandasının getdikcə daha yaxşı oyun göstərəcəyini söyləyən təcrübəli çalışdırıcı bugünkü oyunda bəxt amilini də xüsusi vuğulayıb:

“Komanda daha yaxşı oyun nümayiş etdirəcək, ancaq bunun üçün zamana ehtiyacımız var. Biz yeni oyunçu transfer etməmişik. Çempion komanda üçün bu, o qədər də önəmli deyil. Bu gün bəxt də bizim tərəfimizdə idi”.

“Qəbələ”nin hücum xəttində “dişsiz” göründüyünü deyən Hacıyev bunu Viktor Mendinin oynamaması ilə əlaqələndirib:

“Komandamın oyunundan razı qaldım. Viktor Mendinin oynamaması “Qəbələ”nin oyununda özünü göstərdi. Hücumda bir qədər “dişsiz” görünürdülər

Son xəbərlər