Toni Adams: “Bu gün daha məzmunlu oyun nümayiş etdirdik”

Toni Adams: “Bu gün daha məzmunlu oyun nümayiş etdirdik”
XƏBƏR 18 Sentyabr 2011 / 21:09 1723
-  A +

“Məğlub olmağı xoşlamasam da, bugünkü oyundan razı qaldım. Rəşad Abdullayev qapımıza fantastik bir qol vurdu. Qoldan sonra hücumlarımızı daha da artırdıq, lakin qapımızda növbəti qolu gördük”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra “Qəbələ” klubunun baş məqşçisi Toni Adams deyib. Ötən il bu meydanda “Neftçi” ilə heç-heçə oynadıqlarını xatırladan Adams bu dəfə daha məzmunlu oynadıqlarını söyləyib:

“Neftçi” güclü komandadır. Ötən mövsüm bu meydanda “Neftçi” ilə heç-heçə oynamağımıza baxmayaraq, bu gün daha məzmunlu oyun nümayiş etdirdik”.

Son xəbərlər