“Qarabağ”da Rauf Əliyev şoku

“Qarabağ”da Rauf Əliyev şoku
XƏBƏR 18 Sentyabr 2011 / 16:58 2830
-  A +

“Xəzər Lənkəran”la oyunda zədələnən “Qarabağ”ın hücumçusu Rauf Əliyev təxminən ay yarım yaşıl meydanlardan kənarda qalacaq.

Bu barədə Qol.Az saytına Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

İbrahimovun sözlərinə görə, dünənki qarşılaşmada rəqib komandanın müdafiəçisi Elnur Allahverdiyevlə girdiyi mübarizədə zədə alan Əliyev tibbi müayinədən keçdikdən sonra diz bağlarında qopma aşkarlanıb.

Belə olan halda forvard təxminən 6 həftə oynaya bilməyəcək. Bu isə o deməkdir ki, “Qarabağ”ın qarşıdakı oyunlarında, eyni zamanda millimizin Avro-2014-ün seçmə mərhələsində Avstriya və Türkiyə kollektivləri ilə keçirdiyi görüşlərdə meydana çıxa bilməyəcək.

 


Son xəbərlər