"Roma" klubunun qapıçısı xəstəxanalıq oldu

"Roma" klubunun qapıçısı xəstəxanalıq oldu
XƏBƏR 18 Sentyabr 2011 / 03:08 2047
-  A +

İtaliya A Seriyasının II turu çərçivəsində bir neçə saat öncə başa çatmış "İnter" - "Roma" oyunu paytaxt klubu üçün ağır itki ilə yekunlaşıb.

Qol.Az-ın məlumatına görə, matçın 16-cı dəqiqəsində zədələnən "Roma" klubunun hollandiyalı qapıçısı Martin Stekelenburq xəstəxanaya aparılıb.

Top uğrunda mübarizə zamanı "İnter"in braziliyalı müdafiəçisi Lusionun təpiyinə tuş gələn Stekelenburq yerə düşərkən huşunu itirmiş vəziyyətdə olub.

Vəziyyətin heç də yaxşı olmadığını görən "Roma"nın həkimlər briqadası qapıçını dərhal yaxınlıqdakı xəstəxanaya aparmağı lazım biliblər.


Son xəbərlər