Elxan Abdullayev: "İlk hissədə "İnter" bizdən yaxşı oynadı"

Elxan Abdullayev: "İlk hissədə "İnter" bizdən yaxşı oynadı"
XƏBƏR 17 Sentyabr 2011 / 22:05 1424
-  A +

Premyer Liqanın 6-cı turunda AZAL öz meydanında paytaxtın "İnter" klubunu qəbul edib.

Qol.Az-ın məlumatına görə, "İnter"lə 1:1-lik bərabərə qalan AZAL klubunun baş məşqçisi Elxan Abdullayev oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Çox güclü rəqiblə qarşılaşdıq. “İnter” özünü təsdiq etmiş komandadır, bir dəfə Azərbaycan çempionu olub. İlk hissədə, bəlkə də, rəqib bizdən yaxşı oynadı. Lakin ikinci hissədə biz tamamilə üstün oynadıq.

İlk qoldan sonra daha bir qol vura bilərdik. Təəssüf ki, bu imkandan yararlana bilmədik. Standard vəziyyətdə isə ucaboylu Vladimir Levin imkandan istifadə edib qapımıza qol vurdu. Heç-heçəyə razılaşdıq, bu, futboldur”.


Son xəbərlər