Vaqif Cavadov oynadı, komandası qələbə qazandı

XƏBƏR 17 Sentyabr 2011 / 19:30 1982
-  A +

Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovun da şərəfini qoruduğu Rusiyanın "Volqa" klubu bu gün Premyer Liqada növbəti görüşünə çıxıb.

Qol.Az-ın məlumatına görə, Cavadovun komandası öz meydanında "Spartak" (Nalçik) klubunu qəbul edib.

Ötən turda "Anji" ilə keçirilən görüşdə zədəli olduğu üçün meydana çıxa bilməyən Vaqifin bu oyunda iştirak edəcəyi gözlənilirdi. "Spartak"la oyuna start heyətində çıxan Cavadov 90 dəqiqə meydanda olub.

Oyuna gəldikdə isə Nijni Novqorod təmsilçisi rəqibini minimal hesabla məğlub edib 1:0. Matçın 84-cü dəqiqəsində Malyarov fərqlənib. 


Son xəbərlər