“Oyun çox gərgin şəraitdə keçdi. Xüsusən də ikinci hissədə azlıqda qaldığımızdan sonra, oyunumuz istədiyimiz kimi getmirdi. Bununla belə, qələbə hesabını qoruya bildik və mən futbolçularımı təbrik etmək istəyirəm”.
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"la oyundan sonra "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik deyib.
Rednik daha sonra meydançanın ot örtüyünün də komandalara yaxşı futbol göstərməkdə mane olduğunu qeyd edib.
“Qarabağ”ın bu gün məğlub olmasına baxmayaraq, düşünürəm ki, komanda tez bir zamanda bu uğursuzluq zolağından çıxacaq. Məncə futbolçularının bir çoxunun milli komandaların sıralarına çağırılması komandanın oyununa mənfi təsir göstərir.
Bu problem mənə tanışdır, çünki bizim də bir neçə oyunçumuz milli komandanın oyunlarında iştirak etdi. Lakin fikrimcə, “Qarabağ” növbəti oyunlarda uğurlu nəticə qazanacaq, çünki bu komandanın məşqçisi Azərbaycanın ən yaxşı məşqçisidir. Mən bu komandaya uğurlar arzulayıram”.
Təcrübəli mütəxəssis komandasının göstərdiyi oyuna belə münasibət bildirdi: “Bu gün bizim üçün nəticə qazanmaq çox vacibdir. Sözsüz ki, nümayiş etdirdiyimiz oyundan tam razı qala bilmərəm. Biz çempionluğa oynayırıq, və bu halda daha yaxşı futbol göstərməliyik. Düşünürəm ki, qarşıdakı oyunlarda daha yaxşı təsir bağışlayarıq”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video