Əvəzedicilərin çempionatı: "İnter" ikinci pilləyə yüksəldi

XƏBƏR 16 Sentyabr 2011 / 18:45 1698
-  A +

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında VI turun oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub. Turun mərkəzi görüşü “Qarabağ” və “Xəzər Lənkəran” arasında baş tutub və meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Digər matçda isə "İnter" AZAL-dan üstün olub və bu nəticə ilə ikinci pilləyə yüksəlib.

Qeydə alınan nəticələr isə belədir:

AZAL - “İnter” - 0:1
Qol:
Samir Hüseynli, 28

“Simurq” - “Kəpəz” - 1:1
Qollar: Ruhid Usubov, 63 - Yasin Yaqubzadə, 9

“Qarabağ” - “Xəzər Lənkəran” - 2:1
Qollar: Təmkin Xəlilzadə, 43; Abasət Cəfərov, 45+2 - Anar Babazadə, 87

Turnir cədvəli


1 "Qəbələ" 5 4 0 1 11-5 12
2 "İnter" 6 4 0 2 10-6 12
3 AZAL 6 4 0 2 13-7 12
4 "Neftçi" 5 3 1 1 12-8 10
5 "Kəpəz" 6 2 2 2 11-10 8
6 "Turan" 5 2 1 2 13-11 7
7 "Xəzər Lənkəran" 6 2 1 3 10-12 7
8 "Sumqayıt Şəhər" 5 2 0 3 6-7 6
9 "Qarabağ" 6 2 0 4 7-13 6
10 "Rəvan" 5 1 2 2 5-6 5
11 "Simurq" 6 1 2 3 6-15 5
12 "Bakı" 5 1 1 3 8-12 4


Son xəbərlər