“Sumqayıt-Şəhər”də “zədə epidemiyası”

“Sumqayıt-Şəhər”də “zədə epidemiyası”
XƏBƏR 16 Sentyabr 2011 / 16:02 1299
-  A +

Sentyabrın 18-də Premyer Liqanın VI turunda “Rəvan”ın qonağı olacaq “Sumqayıt Şəhər” qarşılaşmaya oyunun keçiriləcəyi “Dalğa Arena”da hazırlaşır.

Qol.Az-ın məlumatıan görə, bu barədə PFL-in rəsmi saytına “Sumqayıt Şəhər” klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib. Onun sözlərinə görə, Sumqayıt klubu qarşıdakı görüşə itkilərlə hazırlaşır:

“Müdafiəçilər Samir Abasov və Hacı Əhmədov, yarımmüdafiəçilər Aqil Məmmədov və Aleksandr Qross, həmçinin hücumçu Ruslan Qurbanov zədəlidir. Digər hücumçumuz Eldar Məmmədovun da “Rəvan”a qarşı oyunda meydana çıxması sual altındadır.  Komandamız son bir həftədə üçüncü qarşılaşmasına çıxacaq. Futbolçularda yorğunluq hiss olunur. Buna baxmayaraq, biz yalnız qələbə qazanmaq üçün meydana çıxacağıq”.

Son xəbərlər