İlqar Qurbanov: “Xəzər Lənkəran”dan bir az pis ayrıldım”

İlqar Qurbanov: “Xəzər Lənkəran”dan bir az pis ayrıldım”
XƏBƏR 16 Sentyabr 2011 / 15:20 1974
-  A +

“Bizi “Xəzər Lənkəran”la çətin oyun gözləyir. Artıq xal itirməyə haqqımız yoxdur. Sabahkı oyunda qələbə qazanmaq istəyirik”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Qarabağ”ın yarımmüdafiəçisi İlqar Qurbanov deyib. Vaxtilə Lənkəran klubunun şərəfini qoruyan futbolçu bu komandadan yaxşı ayrılmasa da, “Xəzər Lənkəran”ın onun üçün doğma olduğunu bildirib:

“Xəzər Lənkəran” hər zaman mənim üçün doğma olub. Peşəkarlığa doğru ilk addımlarımı orada atmışam. Çempionluq sevinci yaşamışam. Lənkəranda da çıxışım pis alınmadı. Düzdür, bu komandadan bir az pis ayrıldım. Amma o, artıq keçmişdə qaldı”.

Qurbanov sabahkı oyunda rəqib komandaya qarşı heç bir prinsipiallığının olmadığını söyləyib:

“Xəzər Lənkəran” olsun, ya “Neftçi”, mənim üçün heç bir fərq yoxdur. Hər bir oyuna eyni cür hazırlaşıram. Bu qarşılaşma digərlərindən xüsusi heç nəyi ilə fərqlənmir. Ona görə də rəqibə qarşı heç bir prinspiallığım yoxdur”.

Son xəbərlər