Ramal Hüseynov: “Mətbuata danışmağımıza qadağa qoyulub”

Ramal Hüseynov: “Mətbuata danışmağımıza qadağa qoyulub”
XƏBƏR 16 Sentyabr 2011 / 14:40 1953
-  A +

“Artıq komandamızda maliyyə problemi həll olunub,  mükafatlarımızı almışıq. Maaş məsələsinə gəldikdə isə söz veriblər və eləyirlər. Rəhbərlik Tovuza gəlir. Ya bu gün axşam, ya da sabah burada olacaqlar. O vaxt da pullarımızı verəcəklər”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Turan” nın kapitanı Ramal Hüseynov deyib. Komandada maliyyə probleminin həll olunduğunu deyən təcrübəli futbolçu rəhbərliyin oyunçulara mətbuata danışmaq qadağası qoyduğunu da təsdiqləyib:

“Mətbuata danışmağımıza qadağa qoyulub. Amma nə varsa, onu deməyin heç bir problemi yoxdur. Olanı demək lazımdır. Amma yenə deyirəm ki, hər şey həll olunub. “Bakı” ilə oyuna hazırlaşırıq”.

Qeyd edək ki, maliyyə problemi ilə üzləşən “Turan”da vəziyyətin daha da pisləşdiyi ilə bağlı xəbərlər yayılıb.

Son xəbərlər