Cavadov “Spartak”la oyunda “Volqa”ya kömək edə biləcək

Cavadov “Spartak”la oyunda “Volqa”ya kömək edə biləcək
XƏBƏR 16 Sentyabr 2011 / 12:40 1588
-  A +

“Volqa”da çıxış edən milli komandamızın hücumçusu Vaqif  Cavadov Rusiya Premyer Liqasının növbəti turunda Nalçik “Spartak”ı ilə görüşdə komandasına kömək edə biləcək.

Qol.Az-ın klubun rəsmi aytına istinadən yaydığı məlumata görə, həmyerlimizin zədəsi tamailə sağalıb. Cavadov dünənki məşqdə də komanda yoldaşları ilə birgə hazırlaşıb.

Xatırladaq ki, Avro-2012-in seçmə mərhələ oyunları ilə əlaqədar yığmamızın düşərgəsində olan hücumçu Nijni-Novqoroda yüngül zədə ilə qayıtmışdı. Ancaq hazırda o yaxşı formadadır və “Spartak”la görüşdə meydana çıxa biləcək.

Son xəbərlər