Baroş Terimdən üzr istədi

Baroş Terimdən üzr istədi
XƏBƏR 16 Sentyabr 2011 / 11:50 1743
-  A +

Bir müddətdir “Qalatasaray”ın baş məşqçisi Fatih Terimlə Milan Baroş arasında gedən “soyuq müharibə” nəhayət ki, başa çatıb.

Qol.Az-ın məlumatına görə, çexiyalı hücumçu təcrübəli mütəxəssisdən üzr istədikdən sonra problem yoluna qoyulub.

Xatırladaq ki, Superliqanın ilk turunun  “İstanbul BB” ilə oyununda Baroş onu əvəzləyən Terimə əsəbləşmiş və meydandan çıxarkən bəzi xoşagəlməz hərəkətlər etmişdi.

Ancaq dünənki məşqdə ulduz futbolçu bütün komanda yoldaşlarının qarşısında Terimdən üzr istəyib. Baş məşqçi də futbolçusuna “Sən bizim ən önəmli qol silahlarımızdan birisən” deyərək, onu bağışlayıb.

Son xəbərlər