Maradonanı məhkəməyə verdilər

Maradonanı məhkəməyə verdilər
XƏBƏR 15 Sentyabr 2011 / 15:17 1433
-  A +

Argentina millisinin sabiq baş məşqçisi Serxio Batista Dieqo Maradonanı məhkəməyə verib.

Qol.Az-ın məlumatına görə, buna əfsanəvi futbolçunun Batistanı rüşvət almaqda günahlandırması səbəb olub.

Xatırladaq ki, Maradona bir müddət öncə ölkə mətbuatına müsahibəsində bildirmişdi ki, millinin “sükan”ı arxasından ayrılmasında Batista və yığmanın sabiq üzvü Karlos Makalisterin əli olub. Maradonanın sözlərinə görə, onlar  Batistanın namizədliyini dəstəkləmək üçün komandanın bütün oyunçularını razı salmışdılar.

Ancaq Maradonanın ona şər atdığını söyləyən sabiq çalışdırıcı məhkəməyə müraciət edib. Hazırda Batistanın şikayəti ilə bağlı istintaq gedir.

Son xəbərlər