Ronaldo: “Məni fitə basırlar, çünki yaraşıqlıyam”

Ronaldo: “Məni fitə basırlar, çünki yaraşıqlıyam”
XƏBƏR 15 Sentyabr 2011 / 13:10 1951
-  A +

Dünən Çempionlar Liqasının qrup mərhələsində səfərdə Dinamonun “Zaqreb” klubu ilə qarşılaşan “Real”ın yarımmüdafiəçisi Kriştianu Ronaldo yerli azarkeşlər tərəfindən fitə basılmasına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, ulduz futbolçu Zaqrebli fanatların bu cür hərəkətlərini qısqanclıqla əlaqələndirib. Ronaldo yaraşıqlı və varlı olduğu üçün fitə basıldığını bildirib:

“Məni fitə basırlar, çünki yaraşıqlı, varlı və dahi futbolçuyam. Mənim kimi oyunçular üçün bu, normal haldır”.

Portuqaliyalı oyunçu matçın baş hakimi Oddvar Moenlə bağlı isə bunları deyib: “Utancverici bir idarəçilik idi. Ümid edirəm ki, bundan sonra bir daha bizim oyunlarımıza təyinat almaz”.

Son xəbərlər