Azərbaycan Premyer Liqasının V turu daha 1 futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar oldu.
Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, əslən Rusiyadan olan milliləşən legioner Eldar İsmayılov karyerasında ilk dəfə cənubluların formasında meydana çıxdı.
“Neftçi” ilə ev matçında iştirak edən yarımmüdafiəçi “Xəzər Lənkəran” tarixinin bütün oyunçularının ümumi sayını artırdı. Bu matçadək 135 futbolçuya ağ-yaşıl formada rəsmi matça çıxmaq nəsib olmuşdusa, İsmayılov bu siyahıya 136-cı oyunçu kimi daxil oldu. O, adını bu oyunçular siyahısına cari mövsüm daxil etdirən 10-cu futbolçudur. Eldara qədər Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraşa, Dejan Rusiç, Branimir Subaşiç, Mario Rosas və Antonio Semedo yeni komandalarında debüt etmişdilər.
Komandanın şərəfini qorumuş 136 oyunçudan 52-si yerli, 84-ü əcnəbidir ki, Eldarın Rusiya futbolunun yetirməsi olduğunu nəzərə alsaq, o bu ölkədən olan 2-ci futbolçudur. İlk belə oyunçu isə Dmitri Nejelev idi. O, 2004/05 mövsümündə 8 matçda iştirak edib.
Ümumilikdə isə 30 ölkədən olan oyunçular “Xəzər Lənkəran”da çıxış edib: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 6, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya – hərəsi 1.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video