Millimizdən darmadağın

Millimizdən darmadağın
XƏBƏR 15 Sentyabr 2011 / 10:37 1858
-  A +

Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması «Viktoria 01 Aschaffenburg» klubunun U-17 komandası ilə yoldaşlıq oyunu keçirib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, qarşılaşma yığmamızın 6:0 hesablı qələbəsi ilə başa çatıb. İki qolun müəllifi Ruslan Nəsirli olub.

Kamran Abdullazadə, Namiq Ələsgərov, Ramin Şirinov və Şamil Camaləddinov hərəyə bir dəfə fərqlənib.

Dünya Çempionatı 2026
Son xəbərlər
07.07.26  12:19

16 il sonra yenidən...

topaz banner