Cavid Hüseynov "Neftçi"nin əvəzedici heyətində məşqə çıxdı

Cavid Hüseynov "Neftçi"nin əvəzedici heyətində məşqə çıxdı
XƏBƏR 15 Sentyabr 2011 / 01:12 1469
-  A +

"Neftçi" klubunun futbolçusu Cavid Hüseynov bu gün əvəzedici heyətin məşqlərinə qatılıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi baş məşqçi Elşad Əhmədovun rəhbərliyi altında keçən hazırlıq prosesində iştirak edib. Komanda üzvləri "Qəbələ" ilə keçiriləcək oyuna hazırlaşırlar.

Qeyd edək ki, sentyabrın 17-də "Dalğa Arena"da keçiriləcək "Neftçi" və "Qəbələ" komandalarının əvəzedici heyətləri arasındakı oyun saat 15:00-da başlanacaq.

 

 

 

 


 


Son xəbərlər