Türkiyə ilə İsrail arasındakı siyasi gərginlik üzündən fərqli önəm daşıyan Avropa Liqasının qrup mərhələsinin I turunun “Beşiktaş” – “Makkabi” (Təl-Əviv) matçı yüksək təhlükəsizlik tədbirləri altında keçiriləcək.
Qol.Az-ın “sport5.co.il”ə istinadən verdiyi məlumata görə, sentyabrın 15-də baş tutacaq qarşılaşmada “Makkabi”nin 200-dək azarkeşinin hər birini 100 polis qoruyacaq.
“Beşiktaş” azarkeşlərinin qarşılaşmaya Fələstin bayrağı ilə gəlmələrinə qadağa qoyulacaq. Polislər tribunada çox böyük ölçülü Türkiyə bayrağının açılmasına da icazə verməyəcəklər. “Makkabi” fanatları matç ətrafındakı ab-havanı yumşaltmaq məqsədilə meydan sahiblərinin tərəfdarlarını özləri ilə gətirəcəkləri şəkərli qidalara qonaq edəcəklər.
İddialara əsasən, Türkiyə Futbol Federasiyasına (TFF) “Beşiktaş” – “Makkabi” matçında 50 – 60 nəfərlik islamçı qrupun meydançaya girəcəklərinə dair siqnal daxil olub. TFF bu xəbərdarlığı ciddi qəbul etməsə də, hər ehtimala qarşı tədbirlər görüb. Bu səbəbdən, qarşılaşmada 4 min təhlükəsizlik əməkdaşının yer alacağı bildirilir.
Stadion ətrafında yemək satan şəxslərin əl altdan məşəl satdıqları iddiaları da var və onların stadion ətrafına soxulmalarının qarşısı alınacaq. “Beşiktaş”ı özündən çıxarmaq üçün “Fənərbağça” formaları geyinərək oyuna girmək istəyən “Makkabi” azarkeşləri də “İnönü” stadionuna buraxılmayacaqlar.
Təl-Əviv komandasının baş məşqçisi Motti İvanir isə futbolçularına bəzi təlimatlar verib. O, məşq istisna olmaqla, oyunçuların matç saatınadək oteldən çıxmasına qarşı çıxıb. “Makkabi” futbolçularının gərginlik içində olduqları da bildirilir. Onların “İnönü”də “Beşiktaş”lı azarkeşlərin yaratdığı atmosferdən çəkindiklərini, lakin siyasi gərginliklə bağlı şərh verməyərək, “Biz futbolçuyuq” dedikləri bildirilir.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video