Qvardiola: “Həmin epizodda heç Bolt da Patoya çata bilməzdi”

Qvardiola: “Həmin epizodda heç Bolt da Patoya çata bilməzdi”
XƏBƏR 14 Sentyabr 2011 / 17:33 2506
-  A +

“Barselono”nın baş məşqçisi Pep Qvardiola “Milan”la oyundan sonra rəqib komandanın futbolçusu Aleşandro Patoya tərif yağdırıb.

Qol.Az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis braziliyalı futbolçunu qaçış üzrə dünya rekordçusu yamaykalı atlet Üseyin Boltla müqayisə edib. Komandasının müdafiə xəttində yer alan oyunçuların ləng olması ilə bağlı tənqidlərə cavab olaraq, ganc çalışdırıcı bunları deyib:

“Belə bir qola qarşı hər hansı tədbir görmək çox çətindir. Müdafiəmizin ağır olduğunu deyirsiniz. Ancaq həmin epizodda Bolt belə olsa, Patoya çata bilməzdi”.

Xatırladaq ki, “Milan”lı forvard “Barselona” ilə görüşün 24-cü saniyəsində fərqlənməklə, Çempionlar Liqasının rekordçuları sırasında düşüb.

Son xəbərlər