Əfran İsmayılov: “Bu, istər-istəməz təzyiq yaradır”

Əfran İsmayılov: “Bu, istər-istəməz təzyiq yaradır”
XƏBƏR 14 Sentyabr 2011 / 16:43 1755
-  A +

“Olduqca çətin oyun olacaq. “Xəzər-Lənkəran” çempionatın lideridir. Cənublular bu il digər komandalara baxanda, daha yaxşı təsir bağışlayırlar”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın hücumameylli yarımmüdafiəçisi Əfran İsmayılov klubun rəsmi saytına açıqlamasında deyib.

Ağdam klubu növbəti turda “Xəzər Lənkəran”la qarşılaşacaq. Gənc futbolçu həmin görüşdə meydana yalnız qələbə üçün çıxacaqlarını
bildirib:

“Amma biz də qələbə qazanmalıyıq. Son 2 oyunda xal itirdiyimizə görə, 3 xala daha çox ehtiyacımız var. Öz meydançamızda oynamağımızdan yararlanmalıyıq. Hədəfimiz sadəcə qələbədir. Məşqlərdə səylə çalışırıq.  Uduzsaq, rəqib bizdən xeyli aralanacaq. Bu, istər-istəməz təzyiq yaradır. Amma bu futboldu. İstənilən nəticə qeydə alına bilər. Biz meydana 3 xal üçün çıxacağıq.

“Xəzər Lənkəran”la oyunlarımız həmişə maraqlı alınıb. Bu dəfə də azarkeşlərin xoş futbol izləyəcəyini düşünürəm. İnanıram ki, sonda sevinən tərəf “Qarabağ” olacaq”.

Xatırladaq ki, “Qarabağ” – “Xəzər Lənkəran” oyunu şənbə günü saat 16:00-da Suraxanı qəsəbə stadionunda baş tutacaq.

Son xəbərlər