UEFA “Sion”la bağlı qərarını verdi

UEFA “Sion”la bağlı qərarını verdi
XƏBƏR 14 Sentyabr 2011 / 15:27 1963
-  A +

UEFA cəzalı futbolçunu heyətində oynatdığı üçün Avroliqadan kənarlaşdırılan “Sion” barəsində yekun qərarını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, ali futbol qurumu İsveçrə klubunun əvəzinə avrokuboklara daxil edilən “Seltik”in qrup mərhələsində iştirak edəcəyini təsdiqləyib.

Xatırladaq ki, “Sion” rəhbərliyi UEFA-nın qərarından sonra məhkəməyə müraciət etmiş və qələbə qazanmışdı. Hər kəs bundan sonra klubun avrokuboklardakı yerinin bərpa olunacağını düşündüyü halda, UEFA-nın məsələylə bağlı yaradılmış Fövqəladə Komissiyası tam fərqli qərar qəbul edib.

Komissiya üzvləri sənədləri yenidən iki dəfə incələdikdən sonra “Sion”la bağlı əvvəlki qərarı qüvvədə saxlayıblar. Belə olan halda isə Şotlandiyanın “Seltik” klubunun Avroliqanın qrup mərhələsində iştirakı növbəti dəfə təsdiqlənib.

Son xəbərlər
26.06.25  02:10

Messi, Buskets, Alba...