"Real"ın futbolçusuna 1 illik cəza

"Real"ın futbolçusuna 1 illik cəza
XƏBƏR 14 Sentyabr 2011 / 12:50 2250
-  A +

Portuqaliya Futbol Federasiyası (FPF) ölkə yığmasının və İspaniyanın "Real" (Madrid) klubunun futbolçusu Rikardu Karvalyunu bir il müddətinə diskvalifikasiya edib.

Qol.Az-ın məlumatına görə, buna təcrübəli müdafiəçinin Kiprlə 2012-ci il Avropa çempionatının seçmə qrup matçı öncəsi millinin düşərgəsini özbaşına tərk etməsi səbəb olub.

O, adının start heyətə salınmadığını öyrəndikdən sonra bu addımı atıb. Sonradan Karvalyu yığma karyerasını başa vurduğunu bəyan edib. FPF isə öncədən “kral klubu”nun futbolçusunu 2 illik cəza ilə hədələsə də, sonradan onu əvvəlki xidmətlərinə görə bağışlayıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
07.07.26  12:19

16 il sonra yenidən...

topaz banner