“Neftçi” çempion oldu

“Neftçi” çempion oldu
XƏBƏR 14 Sentyabr 2011 / 11:15 1700
-  A +

Həvəskar komandalar arasında XIII ölkə çempionatı başa çatıb.

Qol.Az-ın məlumatına görə, AFFA Futbol Mərkəzindəki Dalğa Arenada keçirilən final oyununda «Çevik» və «Neftçi» komandaları qarşılaşıb.

Əsas və əlavə vaxtda hesab açılmadığı üçün qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən «Neftçi» 9:8 hesabı ilə qalib gələrək çempion adını qazanıb.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Son xəbərlər
20.05.25  01:05

"Liverpul" uduzdu