Azərbaycan Premyer Liqasının V turunun “Neftçi” ilə oyunundakı qələbə “Xəzər Lənkəran” üçün əlamətdar olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, prinsipial rəqiblə 22-ci dueldə 6-cı qələbəni qazanmaqla, şəxsi görüşlərdəki qalibiyyət sayında tarazlıq yaradan cənublular top fərqində “Böyük oyun”ların böyük komandasına çevrilib – 20:19. Özü də bu 22 oyunun 2-ci yarısında, yəni son 11 matçda “Neftçi” qələbə qazana bilməyib.
Prinsipial rəqib üzərindəki qələbəyə rəng qatan digər məqam onun tarixi əhəmiyyəti ilə bağlıdır. Belə ki, “Xəzər Lənkəran” 7 illik tarixində 150-ci – yubiley qələbəsini məhz “Neftçi” üzərində, özü də doğma azarkeşlər önündə qazandı. Bu matçadək hesabında 260 oyunda 149 qələbə olan “Xəzər Lənkəran” ötən tur xal itirməklə yubileyi qələbəni ”ağ-qaralar”la ev matçına təxirə salmışdı.
“Xəzər Lənkəran”ın tarixi qələbələri
1-ci 12.08.2004 “Xəzər Lənkəran” – “Şəfa” – 2:1 (çempionat, 2004/05)
50-ci 09.11.2006 “Xəzər Lənkəran” – “Qarabağ” – 2:0 (çempionat, 2006/07)
100-cü 06.11.2008 NBC – “Xəzər Lənkəran” – 0:3 (kubok, 2008/09)
150-ci 10.09.2011 “Xəzər Lənkəran” – “Neftçi” – 1:0 (çempionat, 2011/12)
Qeyd edək ki, bu qələbə baş məşqçi Mirça Rednikin Azərbaycan çempionatlarında 37 matçda 20-ci qələbəsi oldu. Ruslan Abışovun avtoqolu isə rumıniyalının rəhbərliyi altında bütün yarışlarda vurulan 60-cı qol kimi tarixə düşdü. Həmçinin “Xəzər Lənkəran” ölkə çempionatlarında 400 xal səddini məhz “Neftçi” ilə oyunda keçdi. 8-ci dəfə çempionata qatılan komanda indiyədək ümumilikdə 401 çempionat xalı toplayıb.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video