"İnter"in latviyalı hücumçusu Girts Karlsons klubun rəsmi saytına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, “Simurq”la matç barədə danışan Karlsons daha sonra qarşıdan gələn “Sumqayıt Şəhər”lə oyun haqqında da fikirlərini bölüşüb.
- Öncə “Simurq”la matç barədə fikrini bilmək istərdik...
- Oyun asan olmadı. Əgər matçın əvvəlində Elnur Abdulov vəziyyətdən yararlana bilsəydi, o zaman bizim üçün daha asan olardı. Rəqibin kifayət qədər ciddi kökləndiyi görünürdü.
- “İnter” bu oyuna Gürcüstanda hazırlaşmışdı. Bu təlim-məşq toplanışı komandanın növbəti oyunlarına necə təsir göstərəcək?
- Biz Gürcüstanda yaxşı hazırlaşdıq. Orada lazımi şərait vardı. İndi elə etmək lazımdır ki, hazırlıq hədər yerə getməsin. Bu hazırlığın “Simurq”la oyunda bizə nə dərəcədə kömək etməsindən danışmaq çətindir, lakin istənilən halda bizə əlverişli vəziyyətlər yaratmaq və daha çox qol vurmaq lazımdır.
- “Sumqayıt Şəhər”lə keçiriləcək oyun barədə fikirlərini bilmək istərdik...
- Son oyunu onlar uğurla başa vurublar, onların qapıçısı əla oynadı. Biz səfərə 3 xal ardınca gedirik, ancaq bilirsiniz, top yumrudur və futbolda hər şey olur.
- Mövsümün əvvəlində keçirilən yoxlama görüşlərində, demək olar, hər oyunda qol vururdun, lakin çempionatda bu baş vermir və hələ də ehtiyat skamyada əyləşirsən. Bu nə ilə bağlıdır? Fiziki formayla? Yoxsa...?
- Deməzdim ki, fiziki hazırlığım qaydasında deyil. Ciddi zədəm də yoxdur. Sadəcə, çempionatda oyunum alınmır. Ola bilsin, yoldaşlıq görüşlərində məşqçi mənə daha çox şans verir. Ona görə də, qol vurmaq imkanım olur. Ancaq çempionatda meydanda çox az oluram. Bununla belə, çempionat hələ yeni başlayıb. İnanıram ki, bundan sonra öz sözümü deyəcəyəm.
- Ötən mövsüm Sank-Peterburqda keçirilən "Birlik Kuboku"nda ən çox qol vurmaqla turnirin bombardiri oldun. Necə fikirləşirsən, həmin oyunu bu mövsüm Premyer Liqada göstərə biləcəksən?
- Əlbəttə, istərdim. Bunun üçün çox çalışıram. Təbii ki, çempionatda da bombardir olmaq əla olardı.
- Geridə qalan 5 turdan sonra "İnter" cəmi 6 xal toplayıb. Yeni mövsümün startını "İnter" üçün uğurlu saymaq olarmı?
- "Bakı" ilə oyunda 3 xal qazansaydıq yaxşı olardı. Hansıki, həmin görüşdə bizə qarşı haqsızlıq oldu. Bununla belə, artıq hazırki vəziyyətlə barışmalıyıq və bütün diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik. İnanıram ki, növbəti görüşlərdə komanda daha yaxşı çıxış edəcək.
- Bu mövsüm "İnter"in qarşısına hansı məqsədlər qoyulub?
- Təbii ki, biz yenə çempionluq və Azərbaycan kuboku uğrunda mübarizə aparacağıq. Ancaq əsas hədəfimiz mövsümü hər hansı bir titulla ba.a vurmaqdır. Yəni, yalnız yüksək yerlər uğrunda mübarizə aparacağıq.
- Bildiyimiz kimi, sən Latviya millisinin də üzvüsən. Ancaq nədənsə, Latviyanın son görüşlərinə dəvət almadın. Əgər yenidən Latviya millisinə çağırılsan, bu təklifi qəbul edərsən?
- Əlbəttə, dəvət gəlsə gedərəm. Milli komandadan heç vaxt imtina etmərəm. Ola bilsin, son zamanlar zədələnməyim yığmaya çağırılmağıma mane oldu. Bununla belə, yenidən milliyə qayıtmaq istərdim.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video