Cavid Hüseynov: “Bəli, intizamsızlıq etmişəm”

Cavid Hüseynov: “Bəli, intizamsızlıq etmişəm”
XƏBƏR 13 Sentyabr 2011 / 18:40 2179
-  A +

Məşqçilər korpusunun qərarı ilə əvəzedici komandaya göndərilən “Neftçi”nin yarımmüdafiəçisi Cavid Hüseynov məsələyə münasibət bildirib.

Hüseynov Qol.Az-ın müxbiri ilə söhbətində intizamsızlığa yol verdiyini etiraf edib. Bu haqda çox danışmaq istəməyən futbolçu haqqında yazılanların doğru olduğunu bildirib:

“Bu haqda çox danışmaq istəmirəm. Haqqımda nə yazıblarsa, doğrudur. Bəli, intizamsızlıq etmişəm. Ona görə də əvəzedici heyətə göndərilmişəm”.

Hüseynov bu prosesin nə qədər davam edəcəyini də bilmir: “Vallah, bu barədə heç bir məlumatım yoxdur. Əvəzedici komandada nə qədər oynayacağımı bilmirəm”.

Son xəbərlər
20.05.25  01:05

"Liverpul" uduzdu