"Bakı"nın ev oyunlarını keçirəcəyi stadion müəyyənləşdi

XƏBƏR 13 Sentyabr 2011 / 18:37 2190
-  A +

Xəbər verdiyimiz kimi, Tofiq Bəhramov adına Respublika stadionu oktyabrın 1-dən tam olaraq təmirə bağlanacaq.

Qol.Az-ın məlumatına görə, ev oyunlarını bu arenada keçirən "Bakı" klubunun bundan sonra rəqiblərini hansı stadionda qəbul edəcəyi böyük maraq doğururdu.

Artıq bu məsələyə də aydınlıq gəlib. Paytaxt klubu qarşıdakı ev oyunlarını elə öz təlim-məşq bazasında keçirmək haqda qərar qəbul edib.

Lakin hələlik "Bakı"nın rəqiblərini təbii, yoxsa süni ot örtüklü stadionda qəbul edəcəyi isə məlum deyil. 


Son xəbərlər
20.05.25  01:05

"Liverpul" uduzdu