Cavid Hüseynov "Neftçi"nin əsas heyətindən kənarlaşdırıldı

Cavid Hüseynov "Neftçi"nin əsas heyətindən kənarlaşdırıldı
XƏBƏR 13 Sentyabr 2011 / 17:43 2275
-  A +

Bu gün "Neftçi"nin rəhbərliyi, məşqçilər korpusu və komandanın aparıcı futbolçularının iştirakı ilə yığıncaq keçirilib. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda bir çox məsələlər müzakirə edilib.

Futbolçu Cavid Hüseynovun klubun daxili intizam kodeksini pozduğuna görə əvəzedici heyətə göndərilməsi ilə bağlı qərar qəbul olunub.

Yarımmüdafiəçi bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Klub rəhbərliyinin qərarına hörmətlə yanaşıram. Əvəzedici heyətdə çıxış etməyə hazıram"


Qarabağ FK
Son xəbərlər
topaz banner