Xavi: “İbrahimoviç anarxistdir”

Xavi: “İbrahimoviç anarxistdir”
XƏBƏR 13 Sentyabr 2011 / 17:15 2445
-  A +

Çempionlar Liqasının qrup mərhələsində bu gün “Milan”la qarşılaşacaq “Barselona”nın yarımmüdafiəçisi Xavi Hernandes sabiq komanda yoldaşı, hazırda isə italyan klubunun şərəfini qoruyan Zlatan İbrahimoviç haqda maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, ulduz futbolçu isveçli hücumçunu anarxist adlandırıb. Xavi İbrahimoviçin ispan yox, italyan futboluna uyğun gəldiyini bildirib:

“İbrahimoviç anarxistdir. “Barselona”da komanda şəklində oynamalısan. O, isə təkbaşına oynamağı sevir. İbrahimoviçin stili daha çox italyan futboluna uyğun gəlir. Çünki orada 6-7 futbolçu müdafiədə “yatır”. Ön xətdə isə 2-3 hücumçu təkbaşına öz işini görür”.

Xatırladaq ki, İbrahimoviç zədə səbibindən bu gün sabiq komandasına qarşı vacib oyunda iştirak edə bilməyəcək.

Son xəbərlər
20.05.25  01:05

"Liverpul" uduzdu