Samir Abasov iddialı danışdı

Samir Abasov iddialı danışdı
XƏBƏR 13 Sentyabr 2011 / 15:55 1638
-  A +

“Qarabağ”la oyunda komandamız əzmkar oyun nümayiş etdirdi. İlk xalımızı qazandığımız üçün klubda əhval ruhiyyə yüksəkdir”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Sumqayıt-Şəhər”in təcrübəli müdafiəçisi Samir Abasov klubun rəsmi saytına açıqlamasında deyib.

Qeyd edək ki, Sumqayıt təmsilçisi sabah Premyer Liqanın IV turunun “İnter”lə təxirə salınmış oyununa çıxacaq. Abasov bu görüşdə yalnız qələbə qazanmaq istədiklərini bildirib:

“Bir vaxtlar “İnter”in şərəfini qorumuşam. Bu komanda Premyer Liqada hər zaman çempionluğa oynayıb. Ona görə, qarşılaşma bizim üçün çox çətin keçəcək. “Sumqayıt Şəhər” “İnter”lə oyuna yalnız qələbə üçün çıxacaq. İnşallah doğma meydançamızda azarkeşlərimizi yenə sevindirərik”.

Son xəbərlər
20.05.25  01:05

"Liverpul" uduzdu