Məhkəmə Əziz Yıldırımla bağlı yeni qərar çıxardı

Məhkəmə Əziz Yıldırımla bağlı yeni qərar çıxardı
XƏBƏR 13 Sentyabr 2011 / 15:39 2072
-  A +

İstanbul 17-ci Ağır Cəza Məhkəməsi danışılmış oyunlarla bağlı həbsxanada olan 31 nəfərin işinə yenidən baxıb.

Qol.Az-ın məlumatına görə, bütün dəlilləri təzədən incələyən məhkəmə cinayətkarların həbsxanada qalmalarına qərar verib.

Qeyd edək ki, istintaqı aparan Mehmet Berk prosesin qaranlıq qalmaması üçün əldə olunan dəlillərin yenidən incələnməsini tələb edib. Məhkəmə də bütün sənədlərə yenidən baxdıqdan sonra bu qərara gəlib.

Xatırladaq ki, hazırda aralarında “Fənərbaxça”nın sabiq prezidenti Əziz Yıldırım və “Beşiktaş”ın baş məşqçisi Tayfur Havutçunun da olduğu 31 nəfər hazırda Metris həbsxanasındadır.

Son xəbərlər
20.05.25  01:05

"Liverpul" uduzdu