Moskvanın «Dinamo» klubunun futbolçusu Aleksandr Səmədov Rusiyanın «Sovetski sport» qəzetinə müsahibə verib.
Qol.Az-ın məlumatına görə, müsahibədə həmyerlimiz Rusiya, yoxsa Azərbaycan millisiylə oynamaqla bağlı sualları da cavablandırıb.
- Gələn il Polşa və Ukraynada Avropa çempionatının final mərhələsi keçiriləcək. Futbolçu Aleksandr Səmədov həmin turnirdə iştirak etmək istəyir?
- Şübhəsiz! Ora getmək və həmin yarışda layiqincə çıxış etmək arzusundayam. Amma əvvəllər söylədiyim kimi, indi bütün diqqətimi «Dinamo»ya yönəltmişəm. Mən öz klubumda yaxşı oynamaqdan başqa nə edə bilərəm ki? Hər şey özümdən asılıdır. Çox yaxşı başa düşürəm ki, ümid var.
- Siz əla oyun nümayiş etdirsəniz də, milli komandaya dəvət almırsınız.
- Buna görə də seçmə komandayla bağlı mövzuya çox toxunmuram. İndi «Dinamo»dakı çıxışım birinci yerdədir.
- Sizi Azərbaycan milli komandasında oynamağa neçə dəfə dəvət ediblər?
- Eh, o qədər… Ən son bu yaxınlarda. Amma federasiyanın (AFFA nəzərdə tutulur - red.) rəhbərliyi mənim mövqeyimi yaxşı başa düşür. Ona görə də mən indi heç bir addım atmıram. Mən Rusiya millisində oynamaq üçün çalışıram.
- Əgər azərbaycanlıların təklifini qəbul etsəniz, o zaman avtomatik olaraq, növbəti mövsümdən Rusiya çempionatında legioner statusu daşıyacaqsınız. Bu, sizin üçün əhəmiyyət daşıyır?
- Hələlik yox. Bu haqda, sadəcə olaraq, fikirləşmirəm.
- Dik Advokatdan dəvət almaq üçün özünüzə görə hansısa vaxt ölçüsü müəyyənləşdirmisiniz?
- Əlbəttə ki, yox. Hələ, gözləyirəm.
- Nə qədər: bir il, iki il?
- Nəsə demək çətindir. Ümümiyyətlə, bu haqda proqnoz vermək doğrudurmu? Məna görmürəm. Ən əsası, Avropa çempionatının final mərhələsində oynamağa inanmaqdır. Təbii ki, Rusiya millisinin heyətində.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video