“İnter”in yarımmüdafiəçisi Asif Məmmədov klubun rəsmi saytına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, Məmmədov müsahibəsində “Simurq”la oyun barədə fikirlərini bölüşüb və qarşıdan gələn “Sumqayıt-Şəhər” matçı haqqında danışıb:
- Asif, bilirik ki, “İnter” bu yaxınlarda Gürcüstandan təlim-toplanışdan qayıdıb. Bu toplanış komandaya növbəti oyunlarda kömək edəcəkmi?
- Düşünürəm ki, toplanışın xeyrini hamı “Simurq”la oyunda gördü. “Bakı” ilə qalmaqallı oyundan sonra şəhərdən getmək yaxşı olardı. O zaman güclü təzyiq altına düşmüşdük. Ancaq Gürcüstana yollandıq və gərginliyi müəyyən qədər azaltdıq.
- “Bakı” ilə oyunda yaşanan xoşagəlməz dəqiqələri unutmaq mümkün oldumu?
- Əlbəttə. Biz hamımız belə məqamlara peşəkarcasına yanaşmalıyıq. Hazırda həmin anları unutmuşuq və hətta baş verənlər haqqında düşünmürük.
- “Simurq”la matç barədə danışaq. Arzulanan qələbəni əldə etməsinə baxmayaraq, oyun “İnter” üçün asan olmadı...
- Öncədən bilirdik ki, oyun çətin olacaq. Demək istərdim ki, “Simurq” ötən illə müqayisədə hiss olunacaq dərəcədə güclənib. Ancaq buna baxmayaraq, 3 xalı əldə etməyi bacardıq və ən əsası da budur.
- Artıq 3-cü gün komandanı növbəti rəqib-"Sumqayıt-Şəhər” gözləyir. Bu qarşılaşma barədə nə deyə bilərdin?
- “Sumqayıt-Şəhər” yaxşı komandadır. Dünən onun “Qarabağ”la qarşılaşmasını izlədim və deyim ki, onlar çox yaxşı təəssürat oyatdılar və hətta həmin görüşdə qalib də gələ bilərdilər. “Sumqayıt-Şəhər”ə qarşı oyunda bizə asan olmayacaq, lakin biz meydana yalnız qələbə üçün çıxırıq və buna görə də, bu matçdan yalnız 3 xal gözləyirik.
- Şənbə günü komanda “Simurq”la oynadı, 3-cü gün isə “İnter”i “Sumqayıt-Şəhər”lə qarşılaşma gözləyir. Belə qısa müddətdə 2 oyun keçirmək çətin olmayacaq ki?
- Fikrimcə, bizə çətin olmayacaq, ona görə ki, biz bu yaxınlarda toplanışdan qayıtmışıq və yaxşı formadayıq. Fikirləşirəm ki, “Sumqayıt-Şəhər”lə matça tam hazırlıqlı vəziyyətdə yanaşacağıq, axı 3-4 gün hazırlaşmaq üçün tamamilə kifayət edir.
- Zənnincə, “İnter”in azarkeşləri bu mövsüm komandadan nə gözləməlidirlər?
- Deyim ki, “İnter”i vaxtından əvvəl hesabdan silmək hələ tezdir. Komandamızda həmişə yalnız çempionluq barədə düşünürlər. İnşallah, bu mövsüm bu məqsədimizə çatacağıq. Çempionluq bizim əsas məqsədimizdir. Avrokuboklara düşməyimizisə minimum tapşırığımız hesab edirəm.
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
Messi iki rekorda imza atdı
“Sabah” ÇL-dəki debütündə qələbə qazandı
"Şəfa"nın hazırlıq planı dəyişdi
İlk təklif rədd edildi, "Qalatasaray" məbləği artırdı
"Real"ın zədəli futbolçusundan xəbər var
Messidən gözlənilməz antirekord
Luis Enrike göz yaşlarını saxlaya bilmədi - Video
“İmişli”də yeni məşqçi təyinatı
"Həyatımın mühüm bir səhifəsi bağlanır"
“Sabah” - TNS matçının heyətləri açıqlandı
Argentina - Misir: Heyətlər
Norveç millisinin bir neçə futbolçusu xəstələnib
“Qarabağ” yeni formalarını təqdim etdi - Video
Mahir komandasının düşərgəsinə qoşuldu, amma…
“Seltik” “Qarabağ”la razılığa gəldi
Sabiq kapitanı "Atletiko"nun məşqçisi oldu
Daha 2 il "Araz-Naxçıvan"da
Xəyal Əliyev mükafatlandırıldı
"Torpedo" ilə oyun çətin olacaq" - Qismət Alıyev
"Kəpəz"də günün 3-cü ayrılığı
"Qəbələ"dən gedənlərin sayı 11 oldu
Yaponiya millisinin üzvü "Valensiya"da
"Çelsi"nin sabiq baş məşqçisi bu klubda çalışacaq - Rəsmi
“Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
Azərbaycan Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Kəpəz" bu ayrılığı açıqladı
Qubada güləş zalı istifadəyə verildi
Yassin Benzia klubundan ayrıldı
16 il sonra yenidən...
Amin Ramazanovun “Sabah”a keçidi rəsmiləşdi
Ronaldo millidəki gələcəyindən danışdı
Senator növbəti dəfə Mbappeni sərt tənqid etdi
Numeralogiyanın Martinez üçün ironik sonluğu