Birinci dəstədə yarışan «Qaradağ-Lökbatan» klubu Neftçala rayonunda eyniadlı komandayla keçirilən və 1:1 hesabıyla başa çatan matçla bağlı açıqlama yayıb.
Qol.Az-ın məlumatına görə, klubun icraçı direktoru Tahir Mustafayev bildirib ki, oyunun hakimi Ramiz Əhmədovun idarəçiliyindən heç də razı qalmayıblar:
«Təşkilatçılıq çox zəif idi. Oyun 7 dəqiqə gec başladı. Bundan əlavə, hakim bir neçə ədalətsiz qərarlarıyla yadda qaldı. Qarşılaşma tam üstünlüyümüz şəraitində keçdiyi halda, sanki Ramiz Əhmədov hər vəchlə qələbə qazanmağımıza mane olmağa çalışırdı. Belə ki, rəqib komandanın cərimə meydançasında top oyunçunun əlinə dəysə də, onbirmetrlik cərimə zərbəsi verilmədiyi halda, bizim komandanın qapıçısı Elçin Cəfərov təmiz topa oynayarkən, bu zərbə bizim qapımıza təyin olundu. Oyun ərzində 12 dəfə sarı vərəqə verildi. Bundan başqa, hakimin yerli-yersiz fitləri oyunun tempini aşağı salırdı. Etiraz etdikdə isə o bizə çox qəribə bir cavab verdi ki, «onsuz da axırıncı oyunumdu». Başa düşmürəm, bu nə məntiqsizlikdir. Onu da qeyd edim ki, çoxlu sayda cərimələr olduğu halda, Ramiz Əhmədov oyunun sonuna cəmi 4 dəqiqə vaxt əlavə etdi. Məgər, belə bir məsuliyyətli oyunu üç ayda bir dəfə təyinat alan hakimə etibar etmək olar?!»
O bildirib ki, «Neftçala» komandasının topdaşıyanları hər dəfə açıq-aşkar oyunu gecikdiribər: «Bax, bu kimi səbəblər ucbatından komandamız qələbəyə layiq olduğu halda, bir xalla kifayətlənmək məcburiyyətində qaldı».
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video