Vaqif Cavadov “Anji”yə qarşı niyə oynamadı?

Vaqif Cavadov “Anji”yə qarşı niyə oynamadı?
XƏBƏR 12 Sentyabr 2011 / 13:10 1840
-  A +

Rusiya Premyer Liqasının son turunda səfərdə “Anji”nin qonağı olan “Volqa”nın heyətində Vaqif Cavadovun meydana çıxmamasının səbəbi müəyyənləşib.

Qol.Az-ın Nijni-Novqorod klubunun rəsmi saytına istinadən yaydığı məlumata görə, milli komandamızın üzvünün oynamamasına onun zədəsi səbəb olub.

Avro-2012-nin seçmə oyunları ilə əlaqədər yığmamaızın düşərgəsində olan Cavadov qazaxlarla son oyunda yüngül zədə alıb. Nəticədə futbolçu Rusiya çempionatının son turunda “Anji” ilə görüşün ilk “18”liyinə belə salınmayıb.

Qeyd edək ki, Vaqifin çıxış etmədiyi matçda Mahaçqala klubu “Volqa”nı 2:1 hesabı ilə məğlub edib.

 


Son xəbərlər
20.05.25  01:05

"Liverpul" uduzdu