Bernhard Raab: “Bir az da bəxtimiz gətirsəydi, hesabı açardıq”

Bernhard Raab: “Bir az da bəxtimiz gətirsəydi, hesabı açardıq”
XƏBƏR 11 Sentyabr 2011 / 20:40 1979
-  A +

“Taktiki cəhətdən intizamlı oynamağımız bizə çox kömək etdi. İki epizodda qol vurmaq imkanımız oldu. Qapıçımız bizə çox kömək oldu”.

Qol.Az-ın məlumatına görə, bu fikirləri “Qarabağ”la oyundan sonra “Sumqayıt-Şəhər” klubunun baş məşqçisi Bernhard Raab səsləndirib. Alman çalışıdırcı bugünkü qarşılaşmada bəxtlərinin gətirdiyini gizlətməyib:

“İkinci hissədə bəxtimiz gətirdi ki, “Qarabağ” qol vura bilmədi. Bir az da bəxtimiz gətirsəydi, biz hesabı açardıq. Futbolçularım sübut etdilər ki, 90 dəqiqə intizamlı oyunla istənilən rəqiblə başabaş mübarizə apara bilərlər. Komandamı təbrik edirəm”.

Son xəbərlər