“Bizə qələbə lazım idi, onu da qazandıq”

“Bizə qələbə lazım idi, onu da qazandıq”
XƏBƏR 11 Sentyabr 2011 / 20:14 1813
-  A +

“Oyun başlayan kimi qol vurmağımız bizə üstünlük verdi. Bundan sonra AZAL demək olar ki, oyunda üstünlüyü ələ aldı”.

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra təşkil olunmuç mətbuat konfransında “Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev deyib. Rəqibə qarşı əks-hücum taktikası seçdiklərini söyləyən təcrübəli çalışdırıcı futbolçularının çıxışından razı qalıb:

“Hər iki komandanın qol vurmağa imkanları oldu. Qol vurandan sonra bizim əsas məqsədimiz hesabı saxlayıb, rəqibi əks-hücumlarda yaxalamaq idi. Futbolçularımın oyunundan razıyam. Bizə qələbə lazım idi, onu da qazandıq”.

Son xəbərlər