Əsgər Abdullayev müdafiəçiləri günahlandırdı

Əsgər Abdullayev müdafiəçiləri günahlandırdı
XƏBƏR 11 Sentyabr 2011 / 19:23 1551
-  A +

“Hesabı ilk olaraq biz açdıq. Amma çox təəssüf ki, bunu sonadək qoruyub saxlaya bilmədik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ” ilə oyundan sonra “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib. “Qəbələ”nin standart vəziyyətlərdə təhlükəli olduğunu vurğulayan təcrübəli mütəxəssis buraxılan qollarda müdafiəçilərini günahlandırıb:

“Bilirdik ki, “Qəbələ” satndart vəziyyətlərdə yaxşı oynayır. Hazırlıqlarımızı da buna görə aparmışdıq. Lakin çox təəssüf ki, ilk qolu standart vəziyyətdən buraxdıq. İkinci qol da öz səhvimizdən oldu. Müdafiəçilərimiz lazımsız yerdə topu itirdikdən sonra rəqib bundan maksimum faydalandı. Ancaq artıq bu görüş arxada qaldı. Qarşıdakı oyunlarımızı düşünəcəyik”.

Son xəbərlər