"Gentner Azərbaycan və Qazaxıstanla oyunlara görə qalmağımı xahiş etdi”

"Gentner Azərbaycan və Qazaxıstanla oyunlara görə qalmağımı xahiş etdi”
XƏBƏR 11 Sentyabr 2011 / 14:36 1715
-  A +

“Hazırda mənim yığma ilə müqaviləm var və rəhbərlik məni istefaya göndərməsə, onu sona çatdırmağı düşünürəm. Prezident Leo Gendtner məndən xahiş etdi ki, hələlik yeni baş məşqçi tapa bilmədikləri üçün Azərbaycan və Qazaxıstanla oyunlara görə də postumda qalım”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Avro-2012-nin seçmə mərhələsində milli komandamızın rəqiblərindən olan Avstriya yığmasının baş məşqçisi Didi Konstantini ölkə mətbuatına açıqlamasında deyib. Qışa qədər komandanın “sükan”ı arxasında olacaq təcrübəli çalışdırıcı millidən təyin olunmuş vatxdan tez gedə biləcəyini də istisna etməyib:

“Amma əgər yeni baş məşqçi axtarışları tez yekunlaşsa, mənim gedişim daha da tezləşə bilər. Baxmayaraq ki, kompromis variantları həmişə tapmaq mümkündü”.

Son xəbərlər