«Traxtursazi» («Traktorquraşdırma») futbol komandası Tehranın yerli «İstiqlal» klubu ilə görüşüb.
Həmin oyunda iştirak etməyə «Traxtursazi»nin 15 minə yaxın azarkeşinə icazə verilib. Təbriz klubu tərəfdarlarının çoxu stadiona buraxılmayıb.
Hakimiyyətin çevik polis alayı və güc qurumlarına aid qüvvələr stadionun ətrafında toplaşan «Traxtursazi» azarkeşlərinə güc tətbiq edib. Çoxlu sayda yaralananın olduğu bildirilir.
Stadionda isə Urmiya gölünün qurumasına etiraz bildirən, həmçinin «Yaşasın Azərbaycan!» şüarları söylənilib.
Oyundan öncə minlərlə insan Tehrandakı Şah Əbdüləzim qəbiristanlığında Səttarxanın qəbrini ziyarət edib. Qəbiristanlıqda da ziyarətçilərlə hökumət qüvvələri arasında toqquşma baş verib.
2009-cu ildə keçirilən prezident seçkisindən sonra yaranmış, «yaşıllar» adlanan müxalifətin təmsilçiləri Azərbaycan türklərinin Urmiya gölü ilə bağlı etiraz aksiyasının dəstəkləyəcəklərini bildirsələr də, belə bir dəstək hələlik müşahidə olunmur.
Yeni etiraz aksiyalarının keçirilməsi ilə bağlı bir sıra şəhərlərdə bildirişlər paylanılıb. Ərdəbildə yayılmış bildirişə əsasən, aksiyanın sentyabrın 12-də şəhərin İmam «dördyolu» ilə Şəriəti meydanı arasında yerli vaxtla saat 18-də keçirilməsi nəzərdə tutulub.
Güney Azərbaycanın Mərənd şəhərində yayılmış bildirişdə bunlar vurğulanıb: «Son həftələr Azərbaycanın böyük şəhərlərində Məclisin (İran İslam Respublikasının parlamenti) Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı layihəni rədd etməsinə etiraz aksiyaları keçirilir. Azərbaycanın ayıq millətini susdurmaq üçün hakimiyyət Araz çayından Urmiya gölünə su gətirmək məqsədi ilə 900 milyon dollar büdcə ayırdığını bildirib. Ancaq burada da iki məsələ var: birincisi, bunun üçün İran hakimiyyəti Şimali Azərbaycanla müzakirə aparmalıdır.
Bildiyimizə görə, hələlik belə bir müzakirə aparılmayıb. İkincisi, Arazdan su gətirilməsi neçə il sürəcək, məlum deyil. Urmiya gölünün isə iki ilə quruyacağı gözlənilir. Göründüyü kimi, İran hakimiyyəti bu yalanı söyləməklə Azərbaycan türklərinin haqlı etiraz səsini batırmaq istəyir. Ən önəmli məsələlərdən biri də budur ki, farslara məxsus sosial şəbəkələr Azərbaycan türklərinin bu haqlı etiraz aksiyalarını öz adlarına çıxmağa çalışır.
Ona görə də küçə, meydan və xiyabanlarda Urmiya gölü ilə bağlı şüarlarımızı birlikdə səsləndirək. Bu üzdən də biz, milli haqların təmin olunmasını istəyən mərəndlilər, belə qərara gəlmişik: Urmiya gölünün qurumasına hakimiyyətin laqeyd münasibətinə etirazımızı şənbə günü, sentyabrın 10-da, yerli vaxtla saat 17-də Mərəndin Əlhəmd və mərkəzi xiyabanlarında keçirək. Şüarlarımız: «Yaşasın Azərbaycan!», «Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir!», «Urmu bizimdir, Xəlic (Kəngər körfəzi nəzərdə tutulur - S.S.) ərəblərindir!».
Bu gün Güney Azərbaycanın bir sıra şəhərlərində ictimai fəallar həbs olunub. Urmiyada cümə namazında Mehrdad Kərəmi və başqa fəallar Urmiya gölü ilə bağlı imzatoplama kampaniyasında imza atdıqları üçün tutulublar.
ETTELAAT-ın Təbrizdəki şöbəsinin məmurları tanınmış ziyalı Əli Ağazadənin (Əli Haray) yaşadığı mənzilə hücum edərək, onu tutublar.
Güney Azərbaycanın Tikantəpə (adı dəyişdirilərək, Tikab adlanır) şəhərindən Ramin Rzai ETTELAAT-çılar tərəfindən həbs olunub. Bir neçə gün öncə bu şəhərdən olan Əli Hidayəti həbs edilmişdi.
Güney Azərbaycanın Ərdəbil şəhərində isə milli haqlar uğrunda tanınmış mübariz Abbas Lisani iş yerində İranın təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən həbs edilib.
Xatırladaq ki, sentyabrın 3-də Güney Azərbaycanın bir sıra iri şəhərlərində keçirilən etiraz aksiyalarına görə tutulmuş 250 nəfər azərbaycanlı Təbrizin mərkəzi zindanına köçürülüb.
Sentyabrın 7-də axşam Təbrizin mərkəzi zindanındakı karantin korpusu boşaldılıb və 3 sentyabr aksiyalarına görə Urmiya və Ərdəbil şəhərlərində, eləcə də Təbrizdə tutulan 250 azərbaycanlı fəal ora köçürülüb.
Təbrizin mərkəzi zindanına köçürülən azərbaycanlı fəalların kimliyi haqqında məlumat yayılmayıb.
Qeyd edək ki, sentyabrın 10-da Güney Azərbaycanın bir çox şəhərində Urmiya gölünün qurumasına Tehran hakimiyyətinin laqeyd münasibətinə etiraz olaraq, aksiyaların keçirilməsi planlaşdırılıb.
Yeri gəlmişkən, bu gün (sentyabrın 10-da) Tehranda keçirilən «İstiqlal» -«Traxtursazi» oyunu 2:3 hesabı ilə təbrizlilərin xeyrinə başa çatıb. Məlumata əsasən, stadionda Azərbaycan türklərinə qarşı şüarlar səslənib. Yarış keçirilən yerdə Tehran polisi «Traxtur»çulara şiddətli basqı edib.
Təbrizdə isə «Traxtursazi»nin qələbəsini küçələrdə şadyanalıqla qeyd ediblər.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”