“Hafiz Məmmədov bunun əleyhinə çıxdı”

“Hafiz Məmmədov bunun əleyhinə çıxdı”
XƏBƏR 9 Sentyabr 2011 / 17:30 2004
-  A +

Bu gün təşkil olunmuş mətbuat konfransında “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov jurnalistləri maraqlandıran suallara cavab verib.
Qol.Az-ın məlumatına görə, klub rəsmisi bir çox məqamlara aydınlıq gətirib.

Mətbuat konfransının gedişində Seyidov ona ünvanlanan “Gələcəkdə bazadakı tribunaların sayını artırıb, ev oyunlarının keçirilməsi üçün əsas meydançadan istifadə etmək barədə düşünmüsünüz?” sualına belə cavab verib:

“Biz bu məsələni klubun idarə heyətinin iclasında müzakirə etdik. Ancaq komandanızın prezidenti Hafiz Məmmədov bunun əleyhinə çıxdı. Məmmədov bildirdi ki, əsas stadion bazadan kənarda yerləşməlidir. Çünki bazada məşq edən yeniyetmədə burada özünü yaxşı tərəfdən göstərib, həmin stadionda oynamaq istəyi olmalıdır”.

Son xəbərlər