Zeynal Məmmədov Jabanın məsələsinə aydınlıq gətirdi

Zeynal Məmmədov Jabanın məsələsinə aydınlıq gətirdi
XƏBƏR 9 Sentyabr 2011 / 17:15 1916
-  A +

“Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov Jabanın yenidən komandaya qaytarılmasına aydınlıq gətirib.

Qol.Az-ın məlumatına görə, Məmmədov bunun hücum xəttindəki çatışmazlılarla əlaqədar olmadığını bildirib. Vitse-prezident braziliyalı hücumçunun FİFA ilə məsələsini xatırladaraq, problemin bundan qaynaqlandığını söyləyib:

“Jabanın qaytarılması hücum xəttindəki çatışmazlıqla bağlı deyil. Bildiyiniz kimi, onun FİFA ilə problemləri var idi. Əvvəlki klubuna borcu olduğu üçün FİFA futbolçunun oynamağına qadağa qoymuşdu. Jaba öz səhlənkarlığı ucbatından iki ay məşq etməyib. Onun görə də formada deyil. Jabanın ideal formaya düşməsi üçün ən azı bir ay vaxt lazımdır”.

Son xəbərlər