Yaşar Seyidov: “Ölkə prezidentindən iki xahişimiz oldu”

Yaşar Seyidov: “Ölkə prezidentindən iki xahişimiz oldu”
XƏBƏR 9 Sentyabr 2011 / 17:00 1953
-  A +

“Bildiyiniz kimi, dünən “Bakı” klubunun təlim-məşq bazasının açılışında ölkə prezidenti İlham Əliyev də iştirak edib. Həmin vaxt biz ölkə preizdentindən iki xahişimiz oldu”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın yeni bazasının istifadəyə verilməsinə həsr olunmuş mətbuat konfransında klubun icraçı direktoru Yaşar Seyidov deyib. Seyidov İlham Əliyevdən futbol liseyi və komandanın öz stadionunun tikilməsi üçün boş ərazi xahiş etdiklərini bildirib:

“İlham Əliyevdən bazanın yanında futbol liseyi tikmək üçün bizə boş ərazi verilməsini xahiş etdik. Sağ olsun, cənab prezident də bu xahişimizə müsbət cavab verdi. Tikintisi nəzərdə tutulan liseydə futbolçuların təhsilinə də xüsusi önəm veriləcək.

Daha sonra isə “Bakı”nın öz stadionunun tikilməsi üçün boş ərazi verilməsini xahiş etdik. İlham Əliyev bu istəyimizi də qarşılıqsız qoymadı və müsbət qarşıladı”.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq