Nəriman Mehdiyev: “Bakı”da uşaq futboluna daha çox qayğı göstərilir”

Nəriman Mehdiyev: “Bakı”da uşaq futboluna daha çox qayğı göstərilir”
XƏBƏR 9 Sentyabr 2011 / 16:25 1746
-  A +

Bu gün “Bakı”nın bazasında klubun yeni təlim-məşq bazasının istifadəyə verilməsinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Qol.Az-ın məlumatına görə, tədbirdə çıxış edən komandanın Marketinq və Mətbuat Departamentinin rəhbəri Nəriman Mehdiyev iştirakçıları baza ilə bağlı məlumatlandırıb.

Mehdiyev əvvəlcə dünən ölkə prezidenti İlham Əliyevin açılış mərasimində iştirakını qeyd edib: “Dünən “Bakı” futbol akademiyasının yeni bazasının açılışı olub. Orada ölkə prezidenti İlham Əliyev də iştirak edib”.

Ardınca klub rəsmisi təlim-məşq bazasının necə ərsəyə gəlməsindən bəhs edib: “Bakı” klubunun bazası 18 ay ərzində başa gəlib. Hafiz Məmmədov 2004-cü ildə komandanın prezidenti olduqdan sonra burada əsaslı dəyişikliklər başlayıb. Xüsusən uşaq futboluna göstərilən qayğı nəticəsində hazırda komandada 8-15 yaş arası 400 uşaq çıxış edir. 18 ay ərzində bu göstərici 1000-ə çatacaq”.

Daha sonra əsas komanda üçün yaradılmış şəraitdən danışan Mehdiyev uşaq futboluna ciddi fikir verdiklərini bildirib:

“Bu gün komandada bəzi uğursuzluqlar var. Əldə olunan nəticələr yaxşı deyil. Düzdür, hazırda şəraitinə görə, “Bakı”nın A komandası Avropanın qabaqcıl klubları sırasındadır. Ancaq uşaq futboluna daha çox qayğı göstərilir. İldə iki dəfə seçim turları keçirilir. Burada minlərlə uşaq iştirak edir. Onların arasından ən istedadlı olanlar seçilirlər”.

Sonda isə “Bakı” rəsmisi klubun prezidenti Hafiz Məmmədov və fəxri prezident Anar Məmmədovun komanda üçün gördüyü işlərin əhəmiyyətini vurğulayıb.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq