Qvardiola qızıl medal aldı

Qvardiola qızıl medal aldı
XƏBƏR 9 Sentyabr 2011 / 12:15 1750
-  A +

“Barselona”nın baş məşqçisi Xosep Qvardiola növbəti mükafatını qazanıb.

Qol.Az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis Kataloniya Parlamenti tərəfindən qızıl medalla təltif olunub.

Gənc çalışdırıcı bu mükafata “Barselona”da 4 mövsüm ərzində qazandığı uğurlara görə layiq görülüb.

Xatırladaq ki, Qvardiolanın çalışdırdığı komanda bu müddətdə 12 müxtəlif yarışda kuboka sahib çıxıb. Mükafatlandırma mərasimindən sonra baş məşqçi təəssüratlarını bölüşüb:

“Məni “Barsa”nın baş məşqçisi təyin edən şəxsə təşəkkür edirəm. Bu, mənə özümü sübut eləmək üçün imkan yaratdı. Bu günə qədər çox uğura nail omuşuq. Mən onlardan həmişə nəsə öyrənmişəm. Mənim üçün futbolçular həm də baş məşqçidir”.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq