“Azərbaycanla heç-heçə oynayaraq, şansımızı azaltdıq”

“Azərbaycanla heç-heçə oynayaraq, şansımızı azaltdıq”
XƏBƏR 9 Sentyabr 2011 / 11:05 1978
-  A +

“Millinin düşərgəsindən heç də yaxşı əhva-ruhiyyə ilə qayıtmadıq. Azərbaycanla heç-heçə oynayaraq, Avropa çempionatına getmək şansımızı azaltdıq. Qələbəni qoruyub saxlaya bilsəydik, indi ikinci pillədə qərarlaşmışdıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Belçika millisinin üzvü Nikolas Lomberts deyib. Rusiyanın “Zenit” klubunda çıxış edən müdafiəçi bu ölkənin mətbuatına verdiyi açıqlamasında Belçika yığmasının final mərhələsinə qatılmaq şanslarını da dəyərləndirib:

“Əgər Türkiyə seçməsi almanlara uduzsa, komandamızın əvvəlki kimi şansları davam edəcək. Ancaq unutmaq lazım deyil ki, bizim də Almaniya kollektivi ilə oyunumuz var və həmin görüş heç də asan keçməyəcək”.

Xatırladaq ki, Belçika yığması millimizlə Bakıdakı oyunda qələbəni son dəqiqələrdə əldən vermişdi.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq